“Range Rover” “Opel”lə toqquşdu-3 ağır yaralı var 

range-rover-opelle-toqqusdu-3-agir-yarali-varnbsp-1746985878
|
|

  İsmayıllıda avtomobil qəzası baş verib.

Referans-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə İsmayıllı rayonunun Təzəkənd kəndi ərazisində baş verib.

“Range Rover” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə 1988-ci il təvəllüdlü Anar Anar, 1961-ci il təvəllüdlü Ramiz Ömərov və 1963-cü il təvəllüdlü Nailə Ömərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./lent.az