Ərdoğanın administrasiyasından Zelenskinin Türkiyəyə planlaşdırılan səfəri ilə bağlı açıqlama

11.05.2025
-
23:54
|
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası tərəfindən Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfər planı haqqında açıqlama verilib.
Referans “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatda qeyd edilib:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin 15 may cümə axşamı günü ölkəyə planlaşdırılan səfəri haqqında heç bir məlumat alınmayıb”.
Qeyd edək ki, Putin Ukrayna tərəfinə 15 mayda Türkiyənin İstanbul şəhərində ilkin şərtlər olmadan birbaşa danışıqlara başlamağı təklif etmişdi. Zelenski də Putinlə İstanbulda şəxsən görüşməyə hazır olduğunu yazıb.