1 sutkada 40 nəfər öldü, 53 minə yaxın insan… - ŞOK RƏQƏM 

1-sutkada-40-nefer-oldu-53-mine-yaxin-insan-sok-reqemnbsp-1747029662
|
|

  İsrailin Qəzzanın şimalında məktəb binasına endirdiyi hava zərbəsi nəticəsində azı 15 nəfər, o cümlədən uşaqlar həlak olub.

 “Al Jazeera”nin məlumatına görə, zərbələr Cəbəliyada yerləşən qızlar məktəbini hədəf alıb.

Son sutkada Qəzzaya hücumlarda ümumilikdə 40 nəfər ölüb, 80-dən çox insan yaralanıb. Oktyabr 2023-dən bəri bölgədə 52 829 fələstinli ölüb, 119 554 nəfər yaralanıb.//Musavat.com