Eyni məktəbin direktor və müəllimi ard-arda öldü - Səbəb də eynidir - FOTO

15.05.2025
-
10:40
|
|
Sakaryanın Akyazı rayonundakı Madanoğlu ibtidai məktəb iki gün arayla məktəb direktoru və müəllimini itirib.
Məktəbin direktoru, 46 yaşlı Bülent Gündüz mayın 12-də xəstəxanada xərçəngdən müalicə olunduğu müddətdə dünyasını dəyişib.
Bu ağır itkidən sonra eyni məktəbdə Din Mədəniyyəti müəllimi işləyən 34 yaşlı Naime Qalip Yıldırımın da 2 gün sonra vəfat edib. Uzun müddətdir İstanbulda xərçəng xəstəliyinə qarşı mübarizə aparan və iki uşaq anası olan müəllim səylərə baxmayaraq həyatını itirib.
Məktəb rəhbəri və müəllimin ard-arda vəfat etməsi həm məktəb kollektivini, həm də şagirdlər və valideynləri dərindən sarsıdıb.
//milli.az