Faydalı kimi təqdim edilən 4 zərərli MƏHSUL Sağlamlıq

Ultra emal olunmuş qidalar haqqında düşünəndə ağlımıza ilk olaraq çips, qazlı içkilər, şirniyyatlar və ya sosislər gəlir. Lakin əslində bu siyahı daha genişdir və bəzən "sağlam" hesab etdiyimiz məhsullar belə bu kateqoriyaya daxil olur.
Referans oxu.az-a istinadən xəbər verir ki, braziliyalı alimlər tərəfindən hazırlanmış NOVA təsnifatı qidaları onların emal dərəcəsinə görə qruplaşdırır. Bu təsnifatda dördüncü kateqoriya tamamilə ultra emal olunmuş məhsulları əhatə edir.
Burada tərkibində emulqatorlar, dad gücləndiriciləri, konservantlar, şirinləşdiricilər, rəngləndiricilər və aromatizatorlar olan məhsullar əsas götürülür. Əslində sağlam görünən, lakin sizi təəccübləndirə biləcək 4 belə məhsulu təqdim edirik:
Tez hazırlanabilən sıyıqlar
Yulaf sıyığı sağlam hesab olunsa da, içindəki şərbət, vanil dadvericisi, şəkər, süni şirinləşdiricilər və lopalanmaq əleyhinə əlavələr onu "bir dəqiqəlik qida"dan çox, kimyəvi qarışığa çevirir.
Zənginləşdirilmiş protein batoncıqları
"Fitnes qidası" kimi tanıdılan bu batoncıqlar əslində çətin tələffüz olunan inqrediyentlər siyahısı ilə doludur. Şirinləşdiricilər, sintetik liflər, dadvericilər - bunların hamısı məhsulun teksturası, dadı və saxlama müddəti üçün əlavə olunur.