Bakıda qəza baş verdi - Ölən var

19.05.2025
-
09:31
|
|
Bakıda avtomobil mopedlə toqquşub.
Referans Report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 58 ünvanında qeydə alınıb.
Sadəddi Ağakişiyevin idarə etdiyi “Toyota Prius C” markalı avtomobil hərəkətdə olarkən Samir Məmmədovun idarə etdiyi “Minsk” markalı mopedlə toqquşub.
Nəticədə mopeddə olan sərnişin Əşrəf Mirzəyev müxtəlif dərəcəli xəsarətlərdən xəstəxanada ölüb.
Fakta görə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.