Arktikada buzlaqlar əriyir – Rusiya bu ölkəyə hücum edə bilər

20.05.2025
-
08:30
|
|
“Nyu York Tayms” nəşri yazıb ki, Rusiya Finlandiya sərhədində hərbi gücünü artıraraq Arktikada yeni gərginlik yaradır. Qeyd olunub ki, yeni peyk görüntüləri Rusiyanın Finlandiya sərhədi yaxınlığında hərbi mövcudluğunu fəal şəkildə gücləndirdiyini təsdiqləyir:
“Yeni çadırların, qırıcılar üçün sığınacaqların və anbarların tikilməsi Kremlin Finlandiyanın NATO-ya üzvlüyünə cavab olaraq uzunmüddətli strategiyasından xəbər verə bilər. Oxşar fəaliyyət Estoniya yaxınlığında da müşahidə olunur”.
Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, bu məsələyə iki rakursdan baxmaq lazımdır:
“Birincisi, Finlandiya 100 ildən artıq idi neytrallığını qoruyurdu. Rəsmi Helsinki 1990-cı illərdən sonra Avropada daha geniş inteqrasiyanı dəstəkləyən və müstəqil xarici siyasət yürüdən ölkə olub, amma uzun müddət NATO üzvü olmamağa qərar vermişdi. Bunun əsas səbəblərindən biri Finlandiyanın tarixi əlaqələri və qonşuluq münasibətləri ilə bağlı ehtiyatlı davranması idi.
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsi Finlandiya üçün təhlükəsizlik məsələsini yenidən gündəmə gətirdi. Ukraynadakı müharibə, Rusiyanın genişlənmə siyasəti və müharibə risklərinin artması ölkəni bu qərarı yenidən qiymətləndirməyə məcbur etdi və nəhayət, ölkə NATO-ya üzv oldu.
Finlandiyanın NATO-ya üzvlüyü o deməkdir ki, Rusiyanın alyansla sərhədləri bir qədər də genişləndi. Təbii olaraq, Moskva buna cavab addımı atacaqdı. Yəni bu gün Finlandiya sərhədində rus hərbçilərinin sayının artması bu prosesin artıq başladığını deməyə əsas verir. Peyk görüntülərindən də bəllidir ki, görülən tədbirlər daimi dislokasiya məqsədi daşıyır. Böyük ehtimalla yaxın müddət ərzində bu qüvvələrin sayı artacaq”.
Ekspert bildirib ki, Rusiya bu addımla NATO-ya açıq şəkildə göz dağı verir:
“İkinci rakurs isə hesab edirəm ki, Arktikada buzlaqların əriməsi ilə bağlıdır. Rəsmi Moskvanın Arktikaya marağı son illərdə xeyli artıb. Regionun enerji potensialının olması və artıq daha əlçatan hala gəlməsi Moskvanı hərəkətə keçirib. Rusiya bu sərvətləri bölüşmək istəmir. Buna görə də əlavə tədbirlər görür”.