İlham Əliyev: Süni intellekt korrupsiya cinayətinin yeni formalarını yaradıb

ehaliye-xeberdarliq-edildi-bu-gun-saat-1000-danbsp-1747721003
|
|

  "Süni intellekt, rəqəmsal maliyyə sistemləri və kiber mühitlə bağlı texnoloji inkişaf korrupsiya və digər cinayətlərin yeni formalarının yaranmasına səbəb olmuşdur".

Bu fikirlər Prezident İlham Əliyevin "GlobE Network"un altıncı plenar iclas iştirakçılarına müraciətində əksini tapıb.

Dövlət başçısı qeyd edib ki, bu mürəkkəb və sürətlə dəyişən çağırışlar hüquq-mühafizə orqanları üçün qlobal miqyasda yeni və çoxşaxəli vəzifələr müəyyən edir:

"Azərbaycan bu təhlükələrin qarşısını almaq üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində öz imkanlarını gücləndirməyə sadiqdir. Əminəm ki, bu üçgünlük plenar iclas ortaq məqsədlərimizin reallaşmasına əhəmiyyətli töhfə verəcək və korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açacaqdır".