Sakinlərin NƏZƏRİNƏ: sabah bəzi ərazilərdə qaz olmayacaq

sakinlerin-nezerine-sabah-bezi-erazilerde-qaz-olmayacaq-1747755586
|
|

  Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Referans xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.

Bildirilib ki, 76 mm və 89 mm-lik boruların korroziyaya uğraması səbəbindən yeraltı xətlər yerüstü xətlərlə əvəz olunacaq. Bu səbəbdən qaz təchizatı mayın 21-də saat 09:00-dan etibarən Babək rayonunun Qahab, Naxışnərgiz, Nəcəfəlidizə, Nəhəcir və Göynük kəndlərində müvəqqəti olaraq dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.