6,4 maqnitudalı zəlzələ bu ölkəni SİLKƏLƏDİ

20.05.2025
-
21:26
|
|
Papua - Yeni Qvineyanın sahillərində 6,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Referans xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,6 min nəfər əhalisi olan Anqoram şəhərindən 94 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 25 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.