Lənkəranda 68 yaşlı kişini qardaşı oğlu öldürübmüş... – YENİ DETALLAR 

lenkeranda-68-yasli-kisini-qardasi-oglu-oldurubmus-yeni-detallarnbsp-1748597870
|
|

  Lənkəran rayonunun Vilvan kəndində baş vermiş qətl hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1957-ci il təvəllüdlü kənd sakini Vəliağa Mirzağa oğlu Səbziyev axşam saatlarında mal-qarasını otlaqdan gətirmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.

Mal-qara gətirməyə gedən Lənkəran sakini QƏTLƏ YETİRİLDİ – Müəmmalı CİNAYƏT – FOTO


Yaxınları onun yoxa çıxmasından narahat olaraq axtarış aparıblar. Axtarışlar nəticəsində Səbziyevin meyiti otlaq sahəsinin yaxınlığında, yol kənarında aşkarlanıb. İlkin araşdırmalara əsasən, o, kəsici-deşici alətlə qətlə yetirilib.


Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin mərhumun qardaşı oğlu, 2000-ci il təvəllüdlü Elşən Hüseynzadə olduğu müəyyən edilib.

O, ölkəni tərk etməyə cəhd göstərərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Hazırda hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.