Rusiyada hava limanı belə vuruldu: İtkilər açıqlandı - FOTO+VİDEO

06.06.2025
-
15:10
|
|
Ötən gecə Rusiya Federasiyasının Bryansk vilayətinin Oktyabrskoye kəndində hava limanına Ukrayna PUA-larının hücumu nəticəsində Mi-8 helikopteri məhv edilib, daha bir Mi-35 isə zədələnib.
Referans xəbər verir ki, bu barədə cümə günü “Astra” Rusiya Fövqəladə Hallar Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. "Zərbələr nəticəsində Mi-8 döyüş helikopteri tamamilə yanıb, onun döyüş ləvazimatları partlayıb. Mi-35 helikopteri də qismən zədələnib", - xəbərdə deyilir.
Bundan əlavə, hava limanının inzibati binasına və xilasetmə xidmətinin binasına ziyan dəyib. Ölən və yaralananlar olmayıb.