Toy yasa DÖNDÜ: ölən və yaralananlar var - FOTO

08.06.2025
-
11:26
|
|
Türkiyədə toy mərasiminə silahlı hücum olub.
Referans yerli mediaya istinadla xəbər verir ki, hadisə Siirt rayonunun Kurtalan qəsəbəsində qeydə alınıb.
Naməlum şəxs odlu silahla toy mərasiminə basqın edərək, atəş açıb. Nəticədə 4 nəfər yaralanaraq, xəstəxanaya aparılıb. Xəstəxanada görülən tədbirlərə baxmayaraq, yaralılardan Adnan Pekgözü xilas etmək mümkün olmayıb.
Polis şadlıq evini mühasirəyə alıb. Hadisəni törədən A.A. saxlanılıb. /Lent.az