SON DƏQİQƏ! Türkiyədə zəlzələ oldu 

son-deqiqe-turkiyede-zelzele-oldunbsp-1749554683
|
|

  Türkiyənin Kütahya vilayətində yeraltı təkanlar qeydə alınıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Verilən rəsmi məlumata əsasən, yeraltı təkanların gücü 4,5 bal təşkil edib.

Zəlzələnin ocağı yer səthindən təxminən 7,71 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə hələlik heç bir məlumat verilməyib.