Gəncədə AĞIR QƏZA - 60 yaşlı qadın xəstəxanalıq OLDU

10.06.2025
-
17:53
|
|
Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1965-ci il təvəllüdlü Rəna Cahangirovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarəti alan yaralı xəstəxanaya çatdırılıb.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.