50 yaşlı qadın eyvandan yıxıldı

50-yasli-qadin-eyvandan-yixildi-1749573873
|
|

  Bərdədə 50 yaşlı qadın eyvandan paltar asmaq istəyərkən 3-cü mərtəbədən yıxılıb. 

Referans “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonda məcburi köçkünlərin məskunlaşdığı 588 saylı qəsəbədə qeydə alınıb.

1975-ci il təvəllüdlü Vəzifə Hümbətova yaşadığı evin eyvanında ipə paltar asarkən ehtiyatsızlıqdan binanın üçüncü mərtəbəsindən yıxılıb.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.