AZAL-ın təyyarəsi Bakıya çatdı – İrana niyə təcili eniş etmişdi?

azal-in-teyyaresi-irana-niye-tecili-enis-edib-teferruat-1749576701
|
|

 İranın Rəşt şəhərindəki hava limanına təcili eniş edən AZAL-a məxsus sərnişin təyyarəsi artıq Bakıya qayıdıb.


Referans Oxu.Az-a istinadən xəbər verir ki, həcc ziyarətində olmuş zəvvarların ilk qrupunu daşıyan hava gəmisi təhlükəsiz şəkildə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş həyata keçirib.

***

İranın Rəşt şəhərindəki hava limanına təcili eniş edən AZAL-a məxsus sərnişin təyyarəsi artıq havaya qalxıb.

Referans Oxu.Az-a istinadən xəbər verir ki, göyərtəsindəki sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbindən məcburi eniş edən hava gəmisi hazırda Bakı istiqamətində hərəkət edir.  

***

Azərbaycanlı zəvvarları daşıyan təyyarənin İrana təcili eniş etməsinin təfərrüatı məlum olub.

Referans Oxu.Az-a istinadla xəbər verir ki, Ciddə şəhərindən azərbaycanlı zəvvarların ilk qrupunu Bakıya gətirən AZAL-a məxsus təyyarədə sərnişinlər arasında fiziki məhdudiyyətli şəxs də olub.

Belə ki, sözügedən zəvvar, Tural Mehdiyev əlil arabasında hərəkət edib.

Uçuş zamanı əlil arabasında olan fiziki məhdudiyyətli zəvvarın səhhəti qəflətən pisləşib. Bu səbəbdən təyyarə heyəti təcili qərar qəbul edərək, təyyarəni ən yaxın hava limanı olan İranın Rəşt şəhərinə endirmək məcburiyyətində qalıb. Tural Mehdiyev və onun qardaşı Xəyal Mehdiyev İranda təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salınıblar.

Hazırda müvafiq protokollar imzalanıb. Uçuşun baş tutması üçün hazırlıqlar görülür.