ABŞ və Çin danışıqları başa çatdı – Yeni ticarət dövrü başlayır?

abs-ve-cin-danisiqlari-basa-catdi-yeni-ticaret-dovru-baslayir-1749577865
|
|

  ABŞ və Çin nümayəndələri Böyük Britaniyanın paytaxtı Londonda keçirilən ticarət danışıqlarını başa çatdırıblar.

Bu barədə “Reuters” agentliyi adının açıqlanmasını istəməyən amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Danışıqlarda Çin tərəfini ÇXR-in vitse-prezidenti Xe Lifen təmsil edib. ABŞ nümayəndə heyətinə isə maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik və ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir daxildir.

ABŞ və Çin arasında bu formatda ticarət-iqtisadi məsləhətləşmələrin aparılması mexanizmi ilk dəfə bu il mayın 10-11-də Cenevrədə keçirilən danışıqların nəticəsi olaraq formalaşdırılıb. Həmin görüşdə tərəflər qarşılıqlı şəkildə tətbiq olunan gömrük rüsumlarının – hansı ki, may ayına qədər 100 faizi aşmışdı – qismən azaldılması barədə razılığa gəlmişdilər.

Qeyd edək ki, iyunun 5-də Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp telefon danışığı aparıblar. Liderlər mümkün qədər tez yeni raund ticarət-iqtisadi danışıqların keçirilməsi barədə razılığa gəliblər./Globalinfo.az