Azərbaycanda xəstəxanada oksigen balonu yandı - Xəstələr təxliyə edilir 

azerbaycanda-xestexanada-oksigen-balonu-yandi-xesteler-texliye-edilirnbsp-1749630722
|
|

  Gəncədə xəstəxanada oksigen balonu yanıb.

Referans  qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Abbas Səhhət adına 1 saylı Xəstəxanada qeydə alınıb.

Hazırda xəstəxananın Reanimasiya şöbəsində olan xəstələr Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanaya köçürülür. İlkin məlumata görə, təxminən 10-dan artıq xəstə artıq təxliyə olunub.

Bildirilib ki, Abbas Səhhət adına Xəstəxanaya elektrik enerjisi verilişi dayandırılıb, həmçinin bəzi xidmətlər göstərilmir.

 
Əlavə məlumat veriləcək.