Yüksək Təhsil İnstitutuna direktor təyin edildi 

yuksek-tehsil-institutuna-direktor-teyin-edildinbsp-1749634858
|
|

  Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyinat olub.

Bu barədə AzTU məlumat yayıb.

Bildirilib ki, bu vəzifəyə Aynurə İsmayılova təyinat alıb.

A.İsmayılova bu təyinatdan əvvəl AzTU-da Ömürboyu Öyrənmə Məktəbinin direktoru və İqtisadiyyat və statistika kafedrasının dosenti vəzifəsində fəaliyyət göstərib.

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakülətəsinin bakalavr və magistr səviyyələri üzrə məzunu olan Aynurə İsmayılova 2021-ci ildə ekonometriya, iqtisadi statistika ixtisası üzrə dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adını alıb, layihələrin idarəedilməsi üzrə IPMA B dərəcəli sertifikata malikdir.

2014-cü ilin 21 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.