Bakıda mağazada FACİƏ: cərəyan vurub öldürdü 

bakida-magazada-facie-cereyan-vurub-oldurdunbsp-1749718697
|
|

  Bakıda kişini cərəyan vurub.

Hadisə mayın 28-də Binəqədi şossesində yerləşən mağazada qeydə alınıb.

Burada elektrik işləyən paytaxt sakini 33 yaşlı Elvin Mirzə oğlu Vedixanovu elektrik cərəyanı vurub. Xəstəxanaya yerləşdirilən E.Vedixanov iyunun 11-i orada ölüb.

Faktla bağlı araşdırma aparılır.