XƏBƏRDARLIQ: Bu tarixlərdə hava kəskin PİSLƏŞİR 

xeberdarliq-bu-tarixlerde-hava-keskin-pislesirnbsp-1749732782
|
|

  Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında iyunun 12-15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.