Azərbaycan İQTİSADİ ARTIM müşahidə olunur - Qiymətlərə necə təsir edəcək? 

azerbaycan-iqtisadi-artim-musahide-olunur-qiymetlere-nece-tesir-edeceknbsp-1749822782
|
|

Son 1 ayda Azərbaycanda iqtisadi artım tempi 0.9%'dən 1.5%'ə yüksəlib.


2025-ci ilin yanvar-may aylarında ölkədə 50 milyard 99,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul istehsal olunub.


Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Apreldə iqtisadi artım 0.9 faiz olmuşdu.


İqtisadiyyatın neft-qaz sektorunda əlavə dər 3,0 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,9 faiz artmışdır.


ÜDM istehsalının 36,2 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 4,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahərinin, 21,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 faizini təşkil etmişdir.


Əhalinin hər nəfərinə düşən ÜDM 4896,1 manata bərabər olmuşdur.


İqtisadçı-ekspert Natiq Cəfərli “Referans”-a açıqlamasında bunun Azərbaycan iqtisadiyyatı üçün olduqca müsbət xəbər olduğunu bildirib.




“Azərbycanda ümumdaxili məhsulun artım tempinin yüksəlməsi pozitiv xəbərdir. Çünki 0,9 faizlik artım ancaq inflyasiyanın yaratdığı dalğalara görə baş verirdi, yəni ciddi bir artım sayılmırdı. Bu rəqəm 1 faizi keçdiyinə görə, artıq müəyyən qədər iqtisadi artımınn dinamikasının yüksəldiyini qeyd etmək olar. Bunun birbaşa qiymətlərin artmına təsiri yoxdur. Əksinə ümumdaxili məhsul artdıqca mal və məhsul istehsalı və bazara çıxarılması müşahidə olunur. Buna görə də qiymətlərin tənzimlənməsi mümkündür”.


Ekspert xüsusilə qeyd edib ki, iqtisadi artımın baş verməsinə baxmyaraq, bu göstərici belə Azərbaycan üçün olduqca aşağıdır.


“Azərbaycanın iqtisadi tələblərini, gözləntilərini cavab vermək üçün biz ortalama hər il 3.5-4 faiz artım əldə etməliyik ki, iqtisadiyyatımız yüksəlsin. Bu həm işğaldan azad olunmuş torpaqlarımızda görülən işlərin həcminin artmasına, həm də Azərbaycanın qarşısına qoyduğu hədəflərə çatmasına gətirib çıxaracaq. Hələ ki, dinamika pozitivdir amma bunun daha da yüksəlməsinə ehtiyyac var”.

 

Fidan Vəlisoy