İsrailin nüvə əməliyyatında əsas hədəf – əməliyyatın bitəcəyi tarix açıqlandı

İsrailin hərbi əməliyyatı İranın nüvə obyektinin məhv edilməsi ilə yekunlaşacaq.
Bu barədə İsrailin ABŞ-dakı səfiri Yehiel Leyter “Fox News” telekanalına açıqlamasında bildirib.
O qeyd edib ki, İsrailin İrana qarşı başladığı hərbi əməliyyat “Fordo” nüvə obyektinin məhv edilməsi ilə sona çatmalıdır.
Səfirin sözlərinə görə, “Fordo” yerin altında yerləşən və zənginləşdirilmiş uranla yanaşı, nüvə silahlarının bir arada toplandığı ən təhlükəli obyektlərdən biridir və buna görə də İranın ən sərt qorunan məkanıdır.
Leyter ümid edir ki, İran rejimi bu vəziyyətdən geri çəkilərək “Fordo”nu məhv etməyə razılaşacaq.
“Əgər razılıq alınmasa, biz bu əməliyyatı sona qədər davam etdirəcəyik. İran rejiminə, İsraili məhv etmək istəyən bu rejimə, ballistik raketləri nüvə başlıqları ilə birləşdirməsinə icazə verməyəcəyik”, – səfir bildirib./Globalinfo.az