Azərbaycan vətəndaşları İrəvan, Ermənistan vətəndaşları isə Bakı aeroportunda qaldı

13.06.2025
-
19:46
|
|
Bəzi Ermənistan vətəndaşları ləğv edilmiş reyslər və İran hava məkanının qapalı olması səbəbindən Bakı hava limanında olublar.
Referans xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, yaranmış vəziyyətlə əlaqədar bəzi təyyarələr İrəvanın “Zvartnots”, bəziləri isə qonşu ölkələrin hava limanlarına eniş edib: “Məhz bu səbəbdən Ermənistan vətəndaşları Azərbaycanın paytaxtı Bakının, Azərbaycan vətəndaşları isə İrəvanın “Zvartnots” hava limanındadır”.
Qeyd olunub ki, hazırda vəziyyətlə bağlı davamlı işlər gedir.