İranda daha 3 nüvə alimi öldürüldü 

iranda-daha-3-nuve-alimi-olduruldunbsp-1749900964
|
|

  İranda İsrailin zərbələri zamanı daha üç nüvə üzrə alimin öldürüldüyü bildirilir.

Bu barədə "Tasnim" məlumat verir.

Agentlik həmçinin öldürülən alimlərin adlarını açıqlayıb - Əli Bekai Kərimi, Mənsur Əsgəri və Səid Borci.

Dünən İsrailin hücumu nəticəsində altı İran nüvə aliminin həlak olduğu bildirilmişdi. İsrail Müdafiə Ordusu da "9 İran aliminin məhv edildiyini" bəyan etmişdi. / "Report"