ABŞ-da iki siyasi xadimə silahlı hücum olub

ABŞ-ın Minnesota ştatında Demokrat partiyasından olan keçmiş spiker Melissa Hortman və həyat yoldaşı Mark səhər saatlarında silahlı hücum nəticəsində həyatını itirib. Ştatın qubernatoru Tim Uols bu hücumu “siyasi motivli sui-qəsd” adlandırıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Uols həmçinin bildirib ki, başqa bir hücum zamanı senator Con Hoffman və həyat yoldaşı yaralanıb. Onların vəziyyəti kritik olsa da, həyati təhlükəsi yoxdur.
Məlumata görə, hücum zamanı silahlı şəxs özünü polis kimi təqdim edib və hadisə yerinə gələn hüquq-mühafizə orqanları ilə atışmadan sonra qaçmağa müvəffəq olub. Hazırda şübhəli şəxsin axtarışı üzrə genişmiqyaslı əməliyyat aparılır.
Hadisə münasibət bildirən ABŞ Prezidenti Donald Tramp atışma barədə məlumatlandırıldığını və hücumla bağlı araşdırmaların aparıldığını qeyd edib./Globalinfo.az