Səxavət Qəhrəmanov GÜLLƏLƏNDİ

sexavet-qehremanov-gullelendi-1749924329
|
|

  İmişli sakini qonşusunu ov tüfəngi ilə qətlə yetirib.

Referans APA-ya istinadən xəbər verir ki, İmişli şəhər sakini, 1978-ci il təvəllüdlü Səxavət Mikayıl oğlu Qəhrəmanov ov tüfəngi ilə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən İmişli şəhər sakini, 33 yaşlı Elşən Hüseynov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.//News24.az