Yol polisindən sürücülərə xəbərdarlıq

yol-polisinden-suruculere-xeberdarliq-1749979755
|
|

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə sürət həddini aşma ilə bağlı xəbərdarlıq edib.

"Referans" xəbət verir ki, idarədən Publika.az-a daxil olan məlumatda deyilir ki, sürət sadəcə texniki göstərici deyil – həyatla ölüm arasındakı incə sərhəddir:

“Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına bir daha xatırladır:

- Sürət həddini aşmayın;

- Yol və hava şəraitinə uyğun hərəkət edin;

- Sükan arxasındakı məsuliyyətsizlik təkcə sürücünün deyil, avtomobildəki hər kəsin həyatını riskə atır.

Unutmayın: Yüksək sürətə yox demək – evə sağ qayıtmaq deməkdir”.