"Son zəng" günü dənizdə batan Elmirin FOTOSU

15.06.2025
-
17:27
|
|
Xəbər verdiyimiz kimi, ötən gün Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb. Batan şəxsin meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
"Unikal"ın məlumatına görə, dənizdə batan 15 yaşlı Elmir adlı şəxs olub.