AZƏRBAYCANDA sərnişinlə dolu mikroavtobus aşdı - xəsarət alanlar var

azerbaycanda-sernisinle-dolu-mikroavtobus-asdi-xesaret-alanlar-var-1749999700
|
|

Naxçıvanda mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb.

 



Referans APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Batabat magistral yolunun Şahbuz rayonu Kolanı kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı 67-BF-243 dövlət nömrəli nişanlı "Mercedes" markalı mikroavtobus idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb. Hadisədə 3-ü qadın biri uşaq olmaqla 4 nəfər xəsarət alıb.

 



Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdiriliblər.

 



Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.