Azərbaycanda məşhur hotel yandı - FOTO

16.06.2025
-
10:23
|
|
İsmayıllıda hotel yanıb.
Hadisə İsmayıllı rayonu Gəndov kəndindəki "Family İnn" hoteldə qeydə alınıb.
Yanğın zamanı Qəhrəmanov Nəsib Bahadur oğluna məxsus üçmərtəbəli hotelin üçüncü mərtəbəsinin 525 k/m sahəsi içərsindəki əşyaları ilə birlikdə tamamilə yanıb.
Hotelin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.