Qəbələdə DƏHŞƏT: həmkəndlisini dəhrə ilə öldürdü

16.06.2025
-
14:17
|
|
Qəbələdə qətl hadisəsi baş verib.
Hadisə dünən 19 radələrində Solquca kəndi ərazisində baş verib.
Kənd sakini 39 yaşlı Teymur Eynulla oğlu Səfərəliyev münaqişə zəminində həmkəndlisi, 51 yaşlı Dəmir Rəsul oğlu Ayvazovun baş nahiyəsinə dəhrə ilə zərbə endirib.
Ağır xəsarət alan kişi hadisə yerində ölüb. T.Səfərəliyev könüllü olaraq polis şöbəsinə gedərək təslim olub.
Faktla bağlı araşdırma aparılır.
İlkin ehtimallara görə, hadisə söyüş üstündə baş verib.(APA)