Arif Babayevlə bağlı üzücü xəbər - Həyat yoldaşı danışdı 

arif-babayevle-bagli-uzucu-xeber-heyat-yoldasi-danisdinbsp-1750076512
|
|

  Xalq artisti Arif Babayev ev şəraitində müalicə olunur.

Bu haqda Teleqraf-a Xalq artisti Arif Babayevin həyat yoldaşı Gültəkin Babayeva məlumat verib.

Onun sözlərinə görə, Arif Babayevin səhhəti yaxşı deyil: "Təxminən bir ay müddətində "Bilgəh" Kardioloji Sanatoriyasında müalicə alıb. Hazırda evdə həkim nəzarəti altında müalicəsi davam etdirilir".

Qeyd edək ki, Arif Babayev bir müddət əvvəl Mərkəzi Klinika Xəstəxanasına yerləşdirilmişdi.