Xəbərdarlıq edildi: 2050-ci ilə qədər 1 milyard insan...

xeberdarliq-edildi-2050-ci-ile-qeder-1-milyard-insan-1750082909
|
|

  2050-ci ilə qədər 1 milyard insan quraqlıq səbəbilə köç edə bilər.

Referans xəbər verir ki, bu barədə türkiyəli professor Yusuf Demir xəbərdarlıq edib.

Onun sözlərinə görə, su çatışmazlığı və torpaq eroziyası dünya üzrə 165-dən çox ölkəni təhdid edir.

Prosfessor qeyd edib ki, dünyada artıq 2 milyard insan təhlükəsiz içməli suya çıxışdan məhrumdur və 2030-cu ilə qədər 135 milyon, 2050-yə qədər isə təxminən 1 milyard insanın köç etməsi qaçılmaz görünür.

Demir kənd təsərrüfatına dəstəyin artırılmasının və su ehtiyatlarının qorunmasının vacib olduğunu vurğulayıb./Publika.az