İsrail elan etdi: Tehrana yeni zərbələr endiriləcək

israil-elan-etdi-tehrana-yeni-zerbeler-endirilecek-1750087795
|
|

  İsrailin Müdafiə Ordusu Tehrana yeni zərbə endirəcək.

Referans Globalinfo.az-a istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun farsdilli nümayəndəsi Kamal Penhasi deyib.

K.Penhasi elan edib ki, yaxın saatlarda İsrailin Müdafiə Ordusu İranın hərbi infrastrukturuna zərbə endirəcək:

“Hörmətli sakinlər, təhlükəsizliyiniz üçün sizdən göstərilən əraziləri dərhal tərk etməyinizi xahiş edirik”.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu başlatdığı “Yüksələn Aslan” adlı genişmiqyaslı əməliyyat çərçivəsində Hərbi Hava Qüvvələri hərbi obyektlərə və İranın nüvə proqramının obyektlərinə zərbələr endirir.