Gəncədə evdə qaz partladı: xəsarət alan var – YENİLƏNİB

16.06.2025
-
20:47
|
|
1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) 16.06.2025-ci il tarixində saat 14:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Referans APA-ya istinadən xəbər verir ki, üz nahiyəsinin 1-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb.