Zakir Həsənov Belarusa səfər etdi - Foto

zakir-hesenov-belarusa-sefer-etdi-foto-1750100030
|
|

  Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusa rəsmi səfər edib.

Referans xəbər verir ki, onu bu ölkənin müdafiə naziri general-leytenant Viktor Xrenin qarşılayıb.

Səfər çərçivəsində Azərbaycan hərbi nümayəndə heyətinin rəhbəri ilə Belarusun siyasi və hərbi rəhbərliyi arasında bir sıra görüşlər, ölkədəki hərbi hissələrə, müdafiə sahəsi müəssisələrinə səfərlər nəzərdə tutulub.