17 yaşlı oğlan 5-ci mərtəbədən yıxılıb xəsarət aldı

17.06.2025
-
20:58
|
|
Şəmkirdə bədbəxt hadisə baş verib.
Referans APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
Belə ki qəsəbə sakini, 2008-ci il təvəllüdlü V.Əlizadə yaşadığı 5 mərtəbəli binanın 5-ci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılılıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.