Bakıda bu şəxslərə pulsuz mənzillər veriləcək 

bakida-bu-sexslere-pulsuz-menziller-verileceknbsp-1750245641
|
|

  Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən işlər davam etdirilir.

Referans İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində Bakı şəhərində daha bir qrup şəhid ailəsi və əlilliyi müəyyən olunmuş şəxslər üçün yeni mənzillər veriləcək.

Belə ki, sözügedən mənzillər MİDA-nın inşa etdiyi Hövsan Yaşayış Kompleksində yerləşir. Onlardan 10 ədədi ikiotaqlı, 73 ədədi isə üçotaqlı mənzillərdir. Ümumilikdə 83 ədəd mənzilin dəyəri 5 milyon 374 min 494 manat müəyyənləşib.

Qeyd edək ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlətimiz üçün prioritet olub. Birbaşa Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.