Çempionluq kuboku Qarabağa aparılır

18.06.2025
-
21:36
|
|
2024/25 mövsümündə Azərbaycan çempionu olan “Qarabağ” çempionluq səfərinə çıxır.
Refreans-ın əldə etdiyi məlumata görə, Ağdam klubu çempionluq kuboku ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Ağdam marşrutu ilə hərəkət edəcək.
Məhdud sayda futbolçunun yer alacağı heyət səfər zamanı azarkeşlərlə görüşəcək.
Səfər iyunun 25-ə planlaşdırılıb.