Samuxda əkin sahəsində 55 yaşlı kişinin meyiti tapıldı

18.06.2025
-
23:52
|
|
Samux rayonunda əkin sahəsində meyit aşkarlanıb.
Referans APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
1970-ci il təvəllüdlü rayon sakini Z. Məmmədovun meyiti əkin sahəsində tapılıb. İlkin ehtimala görə, 55 yaşlı kişinin ölümünə səbəb ürək tutması olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.