Mahir Emrelinin yeni klubu məlum oldu

19.06.2025
-
09:14
|
|
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubu ilə anlaşıb.
Referans xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
Xəbərdə 27 yaşlı futbolçunun II Bundesliqa klubu ilə 3 illik müqavilə bağladığı bildirilir.
Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu "Nürnberq"in heyətində keçirib.