Gəncədə bədbəxt hadisə: daş hasar azyaşlının üzərinə aşdı

19.06.2025
-
20:40
|
|
Gəncə şəhərində azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Referans Teleqraf-a istinadən xəbər verir ki, 2013-cü il təvəllüdlü Muhamməd Hüzüryani ayaq nahiyəsi və baldırın sınığı diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Ona lazımı tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır. İlkin məlumata görə, azyaşlının üzərinə daş hasar aşan zaman ayaq nahiyyəsindən xəsarət alıb.