Azərbaycanlı hakim Avropa çempionatının 1/4 finalına təyinat aldı

20.06.2025
-
23:35
|
|
FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Referans AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, E.Məsiyev Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 1/4 final mərhələsinin Almaniya – İtaliya oyununun ehtiyat hakimi olacaq.
Qarşılaşmanı litvalı Manfredas Lukjançukas idarə edəcək.
İyunun 22-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Qeyd edək ki, E.Məsiyev qrup mərhələsinin Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarının baş hakimi olub.