Metrosunun iş rejimində dəyişiklik - Bu stansiyalar gecə 2-yə kimi işləyəcək

21.06.2025
-
10:20
|
|
Bu gün keçiriləcək "UFC Fight Night" (UFC döyüş gecəsi) ilə əlaqədar Bakı metrosunun iş rejimində dəyişiklik olunacaq.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Məlumata əsasən, saat 20:00-dan 00:00-dək davam edəcək tədbirlə bağlı metro stansiyalarında iş saatları iyunun 21-dən 22-nə keçən gecə 2 saat uzadılacaq:
"Tədbir iştirakçılarının mənzil başına rahat çatması üçün bütün stansiyaların girişi saat 00:00-dan 02:00-dək açıq saxlanılacaq".
Bildirilib ki, sərnişinlərin təhlükəsiz daşınmasını təmin etmək üçün Bakı Kristal Zalına daha yaxın yerləşən "Sahil" və "İçərişəhər" stansiyalarında ehtiyat tədbirləri görüləcək.