Bakıda məşhur mebel mağazasında yanğın - İşçilər təxliyə edildi - FOTOLAR

bakida-meshur-mebel-magazasinda-yangin-isciler-texliye-edildi-fotolarnbsp-1750508993
|
|

  Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "İstikbal" mebel mağazasında yanğın başlayıb.

Referans  qafqazinfo.az-a istinadən xəbər verir ki, yanğın səbəbilə mağazanın və yaxınlıqdakı ofislərin əməkdaşları təxliyə edilib.

Yanğının mağazanın deposunda baş verdiyi, xeyli bahalı mebellərin yandığı bildirilir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub.

***

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.