Cəlilabadda avtomobillər toqquşdu - Ölən var 

celilabadda-avtomobiller-toqqusdu-olen-varnbsp-1750525063
|
|

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Referans xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, VAZ 2106 və "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən 1957-ci il təvəllüdlü Əminağa Xudaqulu oğlu Tağıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.