İsmayıllıda yük maşını çobanı vurdu, onlarla qoyun tələf oldu

22.06.2025
-
20:50
|
|
İsmayıllıda yük maşını çobanı vurub, onlarla qoyun tələf olub.
Referans Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb.
İlkin məlumata əsasən, “KamAZ” markalı yük avtomobili yol kənarındakı qoyun sürüsünə çırpılıb. Hadisə nəticəsində qoyun sürüsünə cobanlıq edən 1961-ci il təvəllüdlü Qocaman Elqirax oğlu Bəyalıyev xəsarət alıb, 20-dən çox qoyun tələf olub.
Çoban ağır bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.