Niderland da Azərbaycana təşəkkür etdi

niderland-da-azerbaycana-tesekkur-etdi-1750698653
|
|

  Niderland öz vətəndaşlarının İrandan təxliyəsinə köməyə görə Azərbaycana təşəkkür edib.

Referans xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin “X” hesabındakı paylaşımında deyilir.

“İrandan Niderland vətəndaşlarının Astara sərhəd-keçid məntəqəsi vasitəsilə təhlükəsiz tranzitinin asanlaşdırılmasında göstərdiyi davamlı dəstəyə görə Azərbaycan hakimiyyətinə səmimi minnətdarlığını bildiririk”, – paylaşımda bildirilib.